La Liqa klubu ispana “elçi düşdü”

“Tottenhem”in futbolçusu Serxio Regilon karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Xetafe” 27 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Superdeporte” portalı məlumat yayıb.

Regilonun “Tottenhem”lə müqaviləsi mövsümün sonuna kimidir. La Liqa klubu oyunçunu icarəyə götürməyi planlaşdırır.

Regilon bu mövsüm Premyer Liqada oyuna çıxmayıb.