La Liqa klubu Ardanı icarəyə götürmək istəyir

“Xetafe” “Real”ın futbolçusu Arda Gülerlə maraqlanır.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi türkiyəli yarımmüdafiəçini icarəyə götürmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

“Xetafe”nin prezidenti Anxel Torres Ardanın komandaya cəlb edilməsini istəyir. Funksioner yaxın zamanda oyunçu ilə danışıqların başlanması üçün tapşırıq verib.

Arda 2023/24 mövsümündə “Real”la 12 oyunda 6 qol vurub.