Kyeza mübarizəsində ingilislər öndədir

“Yuventus”un futbolçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Tottenhem” cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Kyeza ilə “Roma” və “Napoli” də yarışır, ancaq ingilislər bir addım öndədir. 26 yaşlı futbolçu İngiltərədə oynamaq istəyir və bu səbəbdən “Tottenhem” variantını üstün hesab edir.

Kyezanın transferinin 30-35 milyon avroya tamamlanacağı gözlənilir.

Federiko 2022-ci ildən “Yuventus”da çıxış edir. O, ötən mövsümdə 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.