“Liverpul”un futbolçusu Federiko Kyeza İtaliyaya qayıtmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 27 yaşlı oyunçu “qırmızılar”da az şans qazanır və yenidən formasına qayıtmaq üçün İtaliya klublarından birinə icarəyə verilə bilər.
“Napoli”, “İnter” və “Fiorentina” Kyeza ilə maraqlansa da, hələ rəsmi müraciət etməyiblər.
İtaliyalı futbolçu bu mövsüm “Liverpul”da 4 oyunda meydana çıxıb.