Kyeza “Barselona” ilə razılaşdı

“Yuventus”un futbolçusu Federiko Kyeza karyerasını İspaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, italiyalı cinah oyunçusu “Barselona” ilə razılığa gəlib. Bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.

Kyeza “Yuventus”da baş məşqçi Tiaqo Mottanın planlarına daxil deyil və ona yeni klub tapması bildirilmişdi. Oyunçu kataloniyalılarla razılığa gəlib və indi klubların anlaşmasını gözləyir.

Kyeza ötən mövsüm 37 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.