“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya açıqlama verib.
Futbolpress.az “Sport İmedi” saytına istinadən xəbər verir ki, Badri oğlunun Neapol klubunda qalmasını istəmədiyini deyib:
“Düzü, hələ Kvaratsxeliya ilə bu haqda danışmamışam. O, gənc deyil və artıq nəyin yaxşı olacağını bilir. Şəxsən mən onun “Napoli”də qalmasını istəmirəm. Ötən il üç məşqçi dəyişdi, belə vəziyyətdə oynamağın çətin olduğunu bilirəm. Mən və agenti Mamuka Cuqeli onun üçün ən yaxşı olanı məsləhət görəcəyik. Nəticədə qərarı özü verəcək”.
“Napoli” klubu rəsmi saytı vasitəsilə Kvaratsxeliyanın satışda olmadığını bəyan edib.
Yarımmüdafiəçinin adı PSJ ilə hallanır.