Kvaratsxeliyanın meneceri danışdı: “Tələsmirik”

PSJ “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçinin meneceri Mamuka Cuqeli müştərinin gələcək karyerası haqda fikirlərini bölüşüb:

“Hələ qərar verməmişik, tələsmirik. “Napoli” Xviçanın ikinci evidir. Klub rəhbərliyinin ona göstərdiyi diqqət, qayğını yüksək qiymətləndiririk. Kvaratsxeliya məsləhətlər apardıqdan sonra qərarını verəcək. Həm də, klubu və oyunçunu qane edəcək təklif olmalıdır”.

23 yaşlı futbolçu bu mövsüm A Seriyasında 32 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun “transfermarkt”da dəyəri 80 milyon avrodur.