PSJ Fransa Liqa 1-in XXI turunda “Monako”nu məğlub edib.
Futbolpress.az xəbər verir ki, 4:1 hesabıyla bitən matçda Paris klubunun gürcü futbolçusu fərqlənib. O, PSJ-də debüt qolunu 54-cü dəqiqədə vurub.
Kvaratsxeliya qış transfer dönəmində “Napoli”dən 70 milyon avro qarşılığında Fransa təmsilçisinə keçib.
PSJ 21 turdan sonra 53 xalla birinci sıradadır.