Kvaratsxeliya: “Neapolda böyük sevgi hiss edirəm”

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya açıqlama verib.

Futbolpress.az xəbər verir ki, adı PSJ ilə hallanan yarımmüdafiəçi klubda xoşbəxt olduğunu deyib:

“Neapolda böyük sevgi hiss edirəm. İlk növbədə demək istəyirəm ki, yanımda olan hər kəsə təşəkkür edirəm, mən çox kömək olurlar. Çox çalışıram ki, azarkeşlərimizi sevindirə bilim. Həm fanatlar, həm də özüm üçün ən yaxşısını istəyirəm”.

Xviça ötən mövsüm “Napoli” ilə A Seriyasında 34 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə edib.