“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” gürcü vingerin xidmətində maraqlıdır. Bu barədə “TBR Sport” portalı məlumat yayıb. “Şəhərlilər” qış fasiləsində oyunçunun keçidi üçün danışıqlara başlayacaq.
23 yaşlı vinger bu mövsüm 16 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.