Kurtua: “Ona təşəkkür etməliyik”

Tibo Kurtua “Real”ın bu mövsümkü “çərçivə” qoruyucusu Andrey Lunin haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, belçikalı Luninə təşəkkür etməyin vacibliyini vurğulayıb:

“Bu il mənim üçün çox çətin keçdi. Meydana çıxa bilmirdim. Lakin rahat idim. Çünki Lunin həqiqətən də qapıda olduqca etibarlı idi. Ona təşəkkür etməliyik”.

Kurtua dizindən aldığı zədəyə görə, bu mövsüm cəmi 5 matçda meydana çıxa bilib.