Azərbaycan Premyer Liqasının II turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (1:0) sonra ev sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– İki fərqli hissə izlədik. İlk hissədə aktiv oynadıq. Bütün epizodlardan istifadə edə bilmədik, amma razı qaldım. İkinci hissədə oyunçularda hesabı saxlamaq istəyi daha çox idi və bu da bütün hissəyə təsirini göstərdi. İstənilən halda “Sumqayıt”ın haqqını vermək lazımdır. Yaxşı oyunçuları var və bizə problem yaratdılar. İlk iki oyundan sonra düşünməli məqamlar var və getdikcə hər şey yaxşıya doğru gedəcək.
– İkinci hissədə geri çəkilmək taktiki gediş idi yoxsa, rəqibin təzyiqi?
– İlk hissədə daha yaxşı və ürəkli oynadılar, amma ikinci yarı bu üstünülüyü əldən verməkdən qorxdular. İndi əsas məsələ bu qorxunu aradan qaldırmaqdır.
– Kurban Verdiyevin narazı qaldığı məqamlar hansılardır?
– Qalib gəldikdən sonra bundan zövq alırsan, özü də bu futbolçular əziyyət çəkib qalib gələndə bu daha da yaxşıdır. İkinci hissədə ilk yarıdakı kimi üərklə oynasaq daha çox zövq alardım. Yenə deyirəm ki, rəqib ikinci hissədə tamamilə daha yaxşı idi.
– İkinci hissədəki zəif oyun fiziki güclə bağlı idi, yoxsa hesabı qorumaq istədilər?
– Hesabı qorumaq istəyirdik, amma təbii otdan süni qazona keçmək öz sözünü dedi. Bu da məsələyə təsir edən məsələlərdən biri idi. İkinci hissəyə ilk hissədəki kimi köklənə bilmədik.
– “Turan Tovuz”un heyəti avrokuboklar üçün yetərlidirmi?
– Biz oyundan-oyuna öz keyfiyyətimi artırmaq barədə düşünürük. Növbəti oyun daha çətindir. Mövsümün sonunda necə olacaqsa, onu Allah bilər.
– Şəhriyar Əliyevi yorulduğu üçün oyundan çıxardınız yoxsa, taktiki dəyişiklik etdiniz?
– Elə oyunçular ki, süni qazonda oynayanda mənfi mənada onlara pis təsir edir. Əslində biz bundan sonra da xüsusi dəyişiklik etmədik, elə əvvəlki kimi 3-lü sistemdə davam etdik.
– İlk dəfə komandanı Tovuzda meydana çıxırdınız. Abu-hava necə idi?
– Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdi. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəklədilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar
– Qarşıya qoyulan məqsədlər üçün daha bir hücumçu almaq barədə düşünürsünüz?
– Yox, mən Ottoya inanıram. Yəqin ki, ona vaxt lazımdır. Məşqlərdə də o özünü yaxşı göstərir.
Fərrux Həsənli