Kurban Berdıyevin cəzası məlum oldu

AFFA İntizam Komitəsinin toplantıda keçirilib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqanın XXX turunun “Turan Tovuz” – “Sabah” oyununda meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alıb.

İntizam Komitəsi mütəxəssisi 3 oyun şərti olmaqla 5 matç cəzalandırıb. Tovuz təmsilçisi isə 4000 manat cərimələnib.

Həmin matçla bağlı qəbul edilən digər qərarlar:

“Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 37);

“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

“Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

“Sabah” klubunun 18 nömrəli futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 36.5);