Azərbaycan Premyer Liqasının XIV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Fikirləşirəm ki, güclü rəqibə qarşı oynadıq. Yaxşı komplektləşmiş komanda idi. Demək olar ki, heç-heç oyunun ədalətli nəticəsiydi. Amma uğursuz məqamda qol buraxdıq.
– İlk hissə də komanda daha yaxşı oyun göstərsə də 60-cı dəqiqədən sonra sanki kollektiv matçdan qopdu. Bunun səbəbi nə idi?
– Bu, əsasən hesabı qorumaqla bağlı idi. Ancaq həmin tempdə, həmim istəklə də davam etmək olardı.
– 3-cü pillədə olsanız da 2-ci yer ilə aranızdakı xal fərqi getdikcə artır. Növbəti tur “Araz-Naxçıvan”la görüşü 6 xallıq oyun adlandırmaq olar?
– Rəqibin kimliyindən asılı olmayaraq, hazırlığımızı davam etdiririk.
– Bugünkü matçda oyun planız nədən ibarət idi və nə alınmadı?
– Dediyim kimi 2-ci yarıda lazım olanları yerinə yetirə bilmədik. Amma nəyin alınmaması uzun mövzudur.
– Tural Bayramlı mövsümün başlanğıcında hər oyunda iştirak etsə də indi qətiyyən oynamır…
– Tural son vaxtlar daha yaxşı çalışır. Ancaq indi kim daha optimal vəziyyətdədirsə, o da meydanda iştirak edir.
Kamal Səfər