Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-də Türkiyəni məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis yarımfinala yüksəldikləri matçla bağlı bunları deyib:
“Türkiyə millisi möhtəşəm performans göstərdi. Müdafiəmizə çətinlik yaratdılar. Son 5 dəqiqədə isə bəxtimiz gətirdi.
İkinci hissəyə yaxşı başladıq. İlk hissədə də pis deyildik, Memfis Depayın yaxşı imkanı var idi, amma dəyərləndirə bilmədi. Bundan sonra türklər nəzarəti ələ aldı. Fasilədən sonra 15 dəqiqə təzyiqi artırdıq və qollar vuraraq qələbə qazandıq”.
Niderland yarımfinalda İngiltərə yığması ilə qarşılaşacaq.