Kuman: “Əla turnir keçirdik”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avro-2024-də mübarizəni yarımfinalda dayandırmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İngiltərəyə 1:2 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:

“Nəticəyə görə məyusam. Yaxşı başladıq və qol vurduq. Bundan sonra sanki problemlər yaşamağa başladıq. Rəqibin təhlükəli oyunçularına boşluqlar verdik. Dəyişikliklər edib, oyunu çevirsək də, alınmadı.

Futbol belə oyundur. Bəlkə də, matç əlavə vaxta getməli idi. Amma olmadı. Futbolçularımla qürur duyuram, əla turnir keçirdik”.