Kuman: “DÇ-2026-nın sonuna qədər millidə qalacam”

Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-nın sonuna qədər yığmada qalacağını deyib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə “De Telegraaf” nəşrinə açıqlamasında söyləyib. O, federasiya rəhbərliyinin onunla davam etməkdə maraqlı olduğunu bildirib.

Kumanın rəhbərlik etdiyi Niderland millisi Avro-2024-də yarımfinala yüksəlib. Komanda final yolunda sabah İngiltərə ilə üz-üzə gələcək.