Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– İlk hissədə demək olar, qarşılıqlı hücumlar şəraitində keçdi. Uşaqlara təşəkkür edirəm. Fasilədən sonra çoxlu qol fürsətlərimiz oldu. Xarakter göstərib, layiqli şəkildə finala yüksəldik.
– Hesab daha böyük ola bilərdi. Epizodların dəyərləndirilməməsi həyəcanla bağlı idi? Finalda bu problemi necə aşmağı düşünürsüz?
– Əlbəttə, əvvəlki matçlarda da realizasiya problemi yaşayırıq. Bunu həll etməyə çalışırıq.
– Həm siz, həm komanda tarix yazdı. İlk dəfə finaldasız. Kuboku qazanaraq, növbəti tarix yaza bilərsiniz…
– Daha bir oyun var. Titul bir prestijdir. Kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Çempionatdakı növbəti rəqibiniz “Qarabağ”dır. Bu komanda ilə finalda da qarşılaşacaqsınız…
– Rotasiyalar olacaq. Sıx qrafikdəyik. Finalda hər şey ola bilər. Əlimizdən gələni edəcəyik.
– İlk oyunda daha dominant oynamışdız, bu gün isə əksini seçdiz. 2:1 hesablı qələbəni qorumaq istəyirdiniz? Nə üçün dominant futbol oynamadınız?
– İkinci hissədə oyunda üstünlük bizdə idi. Əsas odur, finaldayıq.
– Çempionat oyunlarına önəm verəcəksiniz, ya bütün diqqət finalda olacaq?
– Hər oyun bizimçün önəmli olacaq. Bunu finala hazırlıq kimi görəcəyik.
– Plan varmı ki, Leonid Slutskini Azərbaycana dəvət edəsiniz, finalda sizə mənəvi dəstək olar?
– Böyük məmnuniyyətlə dəvət edərdim. Düşünürəm ki, özü də gəlmək istəyər. Lakin Çindəki qrafiki bilmirəm.
Şahin Cəfərov