Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində çempion məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici oyunda “Gəncə” və “Abşeron” komandaları üz-üzə gəlib. Matç “Abşeron”un qələbəsiylə başa çatıb – 3:0 (25:18, 25:20, 25:16).
Kişilərin finalında isə “Xilasedici” komandası “Azərreyl”ə 3:0 hesabıyla qalib gəlib.