Kubokda son 20 mövsümün antirekordu

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında cəmi 4 qol vurulub.

Futbolpress.az xəbər verir ki, “Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçı qolsuz bitib.

Bu, son 20 mövsümün antirekordudur. 2004/05 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol qeydə alınıb.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” matçları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/05 və 2024/25 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk oyunlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.