Kubokda mövsüm başladı

Bu gün Azərbaycan Kubokunda 2024/25 mövsümünə start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə I təsnifat mərhələsinin iki qarşılaşması keçirilib.

“Şahdağ Qusar” “Kür-Araz”ı, “Şəfa” isə “Saatlı-Araz”ı məğlub edərək növbəti mərhələyə yüksəlib.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi

12 oktyabr

Şahdağ Qusar – Kür-Araz 3:1
Qollar: F.Camalov, 73, 77, E.Quliyev, 79 – N.Məmmədov, 9

Şəfa – Saatlı-Araz 2:0
Qollar: E.Nəsibov, 9, E.Rəhimli, 34