“Real Sosyedad”ın futbolçusu Takefusa Kubo Səudiyyə Ərəbistanı klublarından təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə yaponiyalı futbolçu özü açıqlama verib. O, ərəblərdən yüksək məbləğli təklif alsa da, rədd etdiyini bildirib:
“Təklif almışam, amma maraqlanmıram. Uşaqlığımdan bəri böyük oyunçulara qarşı oynamaq istəmişəm. Səudiyyə Ərəbistanı çempionatı bir gün idman nailiyyətləri baxımından ən yaxşı liqa olsa, gedərəm. Amma indi ancaq maliyyə tərəfi yaxşıdır”.
Kubo bu mövsüm 34 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.