Kuadrado yenidən A Seriyasında

Kolumbiyalı yarımmüdafiəçi Xuan Kuadrado “Atalanta”ya keçib.

Futbolpress.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Kuadradonun son klubu “İnter” olub. O, daha əvvəl “Udineze”, “Leççe”, “Fiorentina”, “Çelsi” və “Yuventus”da forma geyinib.