Almaniya millisinin futbolçusu Toni Kroos Avro-2024 haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, alman yarımmüdafiəçi komandasının turnirdəki şanslarını dəyərləndirib:
“Ev sahibiyik və yaxşı başlamaq istəyirik. Sonuncu dəfə 2016-cı ildə uğurlu olmuşuq. Fransadakı turnir sonuncu yaxşı çıxışımız idi. Qrupda ilk oyunu qazansaq, daha motivasiyalı ola bilərik. Hər rəqibə qarşı oynaya bilərik. Səviyyəli komandamız var”.
Almaniya millisi Avro-2024-də Şotlandiya, Macarıstan və İsveçrə ilə qarşılaşacaq. İlk oyun iyunun 14-də Şotlandiyaya qarşı olacaq.