Krivotsyuk oynadı, komandası “sülh”ə razılaşdı

Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejon” klubu növbəti matçına çıxıb. Sözügedən komanda azarkeşləri önündə “Qvanqju” ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb – 1:1.

Krivotsyuk oyunda start heyətdə yer alıb və sona qədər oynayıb.

“Daejon” 6 turdan sonra 13 xalla birinci sıradadır.