Cənubi Koreya çempionatında mövsüm başa çatıb.
Futbolpress.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi “Daejon” klubu mövsümü 48 xalla 8-ci bitirib.
Krivotsyukun mövsümün sonu haqda sosial şəbəkə hesabında paylaşım edib:
“İşimiz bitdi. Mövsümün necə çətin olduğunu ifadə etmək asan deyil, amma birlikdə bacardıq. Mövsümboyu bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Siz buna layiqsiniz. Növbəti mövsümə yaxşı hazırlaşaq və hədəflərimizə çatam. Fəxr edirəm ki, Cənubi Koreyada ən yaxşı azarkeşləri olan belə gözəl klubu təmsil edirəm”.
Krivotsyuk bu mövsüm 26 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.