Koutinyo ölkəsinə qayıdır

“Aston Villa”dan ayrılacağı gözlənilən Filippe Koutinyo karyerasını Braziliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. Xəbərdə 32 yaşlı yarımmüdafiəçinin yetirməsi olduğu “Vasko da Qama” ilə razılaşdığı bildirilib.

Koutinyo ötən mövsüm icarə əsasında “Əl Duhail”də keçirib. O, 22 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.