“Kopenhagen”dən “Qalatasaray”a

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi “Kopenhagen”dən Elias Jeleri transfer edib. Bu barədə Danimarka klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu 2022/23 mövsümündən “Kopenhagen”də çıxış edir. O, 97 oyunda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.