Antonio Konte növbəti mövsümdən “Napoli”ni çalışdıra bilər.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Turində “Napoli”nin nümayəndəsi ilə görüşüb.
Qeyd olunub ki, Konteyə ilinə ümumilikdə 8.5 milyon avro maaş təklif olunub.
Həmçinin komandaya rəhbərlik edəcəyi halda “Napoli” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmalıdır.
“Napoli” hazırda 9-cudur və komandaya Françesko Kalzona başçılıq edir.