Konte ilki yaşadı

“Napoli” İtaliya A Seriyasında mövsümə məğlubiyyətlə başlayıb.

Futbolpress.az xəbər verir ki, Antonio Kontenin rəhbərlik etdiyi kollektiv səfərdə “Verona”ya uduzub – 0:3.

Bu, Kontenin məşqçi kimi A Seriyasındakı ilk oyunda birinci məğlubiyyəti olub.

Mütəxəssis buna qədər rəhbərlik etdiyi komandalarda mövsümə yalnız qələbə ilə başlamışdı.