“Milan”da baş məşqçi Serji Konseysau ilə yollar ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin işindən narazıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Milan” Çempionlar Liqasına vəsiqə qazana bilməzsə, Serjiu ilə yollar ayrılacaq.
“Milan” çempionatda 24 turdan sonra 41 xalla 7-ci sıradadır.