Konseysau: “Məğlubiyyətə layiq deyildik”

“Milan”ın baş məşqçisi Serjiu Konseysau A Seriyasında “Napoli”yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, İtaliya mətbuatına danışan mütəxəssis 1:2 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Bəhanə axtarmıram. Amma neqativ şeylər oldu. Oyundan öncə Loftus-Çik xəstələndi, sonra Malik Tiav özünü pis hiss etdi. Penalti vuranlarımızdan Santiaqo Ximenesin zərbəsi uğursuz oldu. Pulişiç komanda yoldaşında özünə inamı artırmaq üçün penaltini Ximenesə verdi, ancaq o, reallaşdıra bilmədi. Lakin belə jestlər komandadakı atmosferi daha yaxşılaşdırır.

Oyunda pis oynamadıq, şanslarımız oldu. Məğlubiyyətə qaliy deyildik”.