Konfrans Liqasının gümüş medalçısı işsiz qaldı

“Fiorentina”da baş məşqçi Vinçenso İtaliano ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Fiorentina” İtalianonun rəhbərliyi altında A Seriyasında mövsümü 8-ci sırada bitirib. “Bənövşəyilər” Konfrans Liqasının finalında da “Olimpiakos”a uduzub.