Konfrans Liqasının finalı Yunanıstandan alına bilər

Konfrans Liqasının finalı Macarıstana keçirilə bilər.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, həlledici matçın Afinadakı “Ayasofya” stadionunda keçirilməsi planlaşdırılır.

Mənbənin məlumatına görə, yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən finalın Budapeştə, “Puşkas Arenada” keçirilməsi ehtimalı gündəmə gəlir.

“Olimpiakos” və “Fiorentina” arasında baş tutacaq həlledici oyun mayın 29-da keçiriləcək.