Konfrans Liqasının çempionu “Olimpiakos” oldu

Bu gün UEFA Konfrans Liqasında 2023/2024 mövsümünün qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici oyunda Yunanıstanın “Olimpiakos” ilə İtaliyanın “Fiorentina” komandaları üz-üzə gəlib.

Afinada “OPAP Arena”da baş tutacaq görüşdə Yunanıstan təmsilçisi çempion olub.

UEFA Konfrans Liqası, Final

29 may

Olimpiakos (Yunanıstan) – Fiorentina (İtaliya) 1:0
Qol: Eyub Əl-Kabi, 117
Baş hakim:
Artur Soareş Diaş (Portuqaliya)
“OPAP Arena”