Konfrans Liqasında 1/8 finala yekun vuruldu

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vuruldu.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu azarkeşləri önündə “Kopenhagen”i məğlub edərək mərhələ adladı.

“Fiorentina” ilə “Betis” də parlaq qələbə qazanmaqla 1/4 finala yüksəldilər.

UEFA Konfrans Liqası
1/8 final mərhələsi, cavab oyunları

13 mart

21:45. “Brügge” (Belçika) – “Yagelloniya” (Polşa) 2:0

Qollar: Van der Brüggen, 8, F.Auqusto, 50
İlk oyun – 0:3.

21:45. “Luqano” (İsveçrə) – “Sele” (Sloveniya) 5:4 (pen. – 1:3)

Qollar: M.Belhadj, 21, G.Koutsias, 42, 80, Dos Santos, 44, O.Doumbia, 118 – S.Seslar, 40, T.Svetlin, 68, A.Kuçis, 90+5 (pen.), X.Nyeto, 97
İlk oyun – 0:1.

21:45. “Rapid” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina) 2:1

Qollar: D.Belyo, 70, L.Şkaub, 96 – S.Oqrineç, 66
İlk oyun – 1:1.

21:45. “Yurqorden” (İsveç) – “Pafos” (Kipr) 3:0

Qollar: O.Fallenius, 35, D.Stensson, 69, T.Nquen, 86

İlk oyun – 0:1.

00:00. “Vitoriya” (Portuqaliya) – “Betis” (İspaniya) 0:4

Qollar: S.Bakambu, 5, 20, Antoni, 58, İsko, 80
İlk oyun – 2:2.

00:00. “Fiorentina” (İtaliya) – “Panatinaikos” (Yunanıstan) 3:1

Qollar: R.Mandraqora, 12, A.Qudmundson, 24, M.Kin, 75 – F.Yoannidis, 81 (pen.)
İlk oyun – 2:3.

00:00. “Legiya” (Polşa) – “Molde” (Norveç) 2:0

Qollar: R.Morişita, 34, M.Gual, 108
İlk oyun – 2:3

00:00. “Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0

Qol: Devsburi-Hall, 55
İlk oyun – 2:1.