Konfrans Liqası: “Zirə”nin potensial rəqibləri üz-üzə

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qazaxıstanın “Astana” komandası Rumıniyanın “Hunedora” kollektivini qəbul edəcək.

Macarıstan “Fehervar”ı isə azarkeşləri önündə Kiprin “Omoniya” komandası ilə üz-üzə gələcək. Cütün qalibi növbəti raundda “Zirə” – “Osiyek” (Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.

Azərbaycan təmsilçiləri – “Sabah” və “Zirə” isə cavab görüşlərinə sabah çıxacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

18:00 Astana (Qazaxıstan) – Hunedora (Rumıniya)
İlk oyun 2:1

20:00 Fehervar (Macarıstan) – Omoniya (Kipr)
İlk oyun 0:1