Konfrans Liqası: “Olimpiakos” finala yüksəldi

UEFA Konfrans Liqasında ikinci finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, Yunanıstanın “Olimpiakos” komandası yarımfinalda İngiltərə “Aston Villa”sını məğlub edərək, adını finala yazdırıb.

Pirey təmsilçisi həlledici oyunda “Fiorentina” ilə qarşılaşacaq.

Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab oyunları

10 may

Olimpiakos (Yunanıstan) – Aston Villa (İngiltərə) 2:0
Qollar: El Kaabi, 18, 79
İlk oyun 4:2