Konfrans Liqası: türklərdən uğursuz start

Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turuna start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.

Türkiyənin “Başakşəhər” komandası azarkeşləri önündə Avstriya təmsilçisi “Rapid”ə uduzub. Digər matçda isə Portuqaliyanın “Gimaraynş” komandası Sloveniya “Çelye”sini məğlub edib.

UEFA Konfrans Liqası
Liqa mərhələsi, II tur

2 oktyabr

Başakşəhər (Türkiyə) – Rapid (Avstriya) 1:2
Qollar: K.Pyontek, 45+2 – L.Şaub, 43, 46

Gimaraynş (Portuqaliya) – Çelye (Sloveniya) 3:1
Qollar: Samu, 7, Qustavo, 36, T.Silva, 62 – A.Matko, 90+1