Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin sonuncu – VI turunun oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Türkiyənin “Başakşəhər” klubu Belçikada “Serkl Brügge”nin qonağı olacaq.
“Çelsi” İrlandiyanın “Şemrok Rovers” klubunu qəbul edəcək, “Fiorentina” isə Portuqaliyada”Vitoriya” ilə üz-üzə gələcək.
Konfrans Liqası
Liqa mərhələsi, VI tur
19 dekabr
00:00. “Larne” (Şimali İrlandiya) – “Gent” (Belçika)
00:00. “Sele” (Sloveniya) – TNS (Uels)
00:00. “Yagelloniya” (Polşa) – “Olimpiya” (Sloveniya)
00:00. “Borats” (Bosniya və Herseqovina) – “Omoniya” (Kipr)
00:00. TSK (Serbiya) – Noa (Ermənistan)
00:00. “Panatinaikos” (Yunanıstan) – “Dinamo” (Minsk, Belarus)
00:00. “Harts” (Şotlandiya) – “Petrokub” (Moldova)
00:00. “Luqano” (İsveçrə) – “Pafos” (Kipr)
00:00. “Serkl Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə)
00:00. “Vitoriya” (Portuqaliya) – “Fiorentina” (İtaliya)
00:00. “Rapid” (Avstriya) – “Kopenhagen” (Danimarka)
00:00. APOEL (Kipr) – “Astana” (Qazaxıstan)
00:00. “Yurqorden” (İsveç) – “Legiya” (Polşa)
00:00. “Haydenhaym” (Almaniya) – “Sankt Qallen” (İsveçrə)
00:00. “Molde” (Norveç) – “Mlada Boleslav” (Çexiya)
00:00. “Betis” (İspaniya) – HJK (Finlandiya)
00:00. LASK (Avstriya) – “Vikinqur” (İslandiya)
00:00. “Çelsi” (İngiltərə) – “Şemrok Rovers” (İrlandiya)