Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilinəcək

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan klubları “Zirə” və “Sabah”ın da potensial rəqibləri məlum olacaq. Mərasim saat 16:00-da başlayacaq.

Hər iki təmsilçimiz püşkdə səpələnməmişlər səbətində yer alacaq.

“Zirə” III təsnifatda Xorvatiyanın “Osiyek”, “Sabah” isə İrlandiyanın “Sent-Patriks” komandası ilə qarşılaşacaq.