Kompani: “Bavariya”da olmaq böyük şərəfdir”

“Bavariya”nın yeni baş məşqçisi Vensan Kompani açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis kluba təyinatı haqda fikirlərini bölüşüb:

“İşə başlamağı səbirsizliklə gözləyirəm. “Bavariya”da olmaq böyük şərəfdir. Bir məşqçi kimi özümü böyük klubda sübut etmək istəyirəm. Topa sahib olmağı, daha çox hücum etməyi, yaradıcı olmağı sevən komanda qurmaq istəyirəm”.

Kompani “Bavariya” ilə 2 illik müqavilə imzalayıb.