“Espanyol”da baş məşqçi Manolo Qonsales ilə müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssisin sözləşməsi 2025-ci ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qonsales bu ilin martından komandaya rəhbərlik edir. Ötən mövsümü Sequndada mübarizə aparan “Espanyol” onun başçılığı altında La Liqaya yüksəlib.