“Komandama güvənirəm” – İmanova

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb. 

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqdən sonra yığmanın üzvü Aynur İmanova jurnalistlərə açıqlama verib.

Voleybolçu komandaya güvəndiyini qeyd edib:

“Aprelin 30-da məşqlərə start vermişik. Hazırda komandada vəziyyət yaxşıdır. Yığma qısa zamanda toplandı. Həyətdə olan gənc voleybolçularımız perspektivlidir. İnanıram ki, Xorvatiyaya qarşı ilk görüşdə layiqli mübarizə aparacağıq. Komandama güvənirəm”.

Milli ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək.