Komanda yoldaşının çənəsini sındırdı, ağır cəza aldı

Qırğızıstan millisinin futbolçusu Mirbek Axmataliev cəzalanıb.

Futbolpress.az xəbər verir ki, “Muras Yunayted”də çıxış edən oyunçu məşq zamanı komanda yoldaşı Evgeni Terzini vurub. O, bu səbəbdən 5 il müddətinə futboldan uzaqlaşdırılıb.

Hadisə nəticəsində Terzinin çənəsi sınıb.