“Yuventus”da icarə əsasında çıxış edən Randal Kolo Muani açıqlama verib.
Futbolpress.az xəbər verir ki, müqavilə ilə PSJ-yə məxsus olan fransalı hücumçu klubdakı gələcəyindən danışıb:
“Yuventus”da xoşbəxtəm. Bu klubu sevirəm və Klublararası dünya çempionatına yollanacağam”.
Kolo Muani bu ilin yanvarından “Yuventus”da forma geyinir. O, başa çatan mövsümdə A Seriyasında 16 oyunda 8 qol vurub.