Koffi “Neftçi”ni ziyana saldı – özü də cəzalandı

AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Ervin Koffini cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Premyer Liqanın II turunda “Səbail”lə oyundan (1:1) sonra azarkeşlərə yad əşya atdığına görə iki oyunluq diskvalifikasiya olunub. “Neftçi” isə futbolçunun bu davranışına görə 2000 manat cərimə edilib.

Sözügedən matçda “ağ-qaralar”ın fanatları iğtişaş törətdiyi üçün isə “Neftçi” 4000 manat cərimə ödəyəcək.