“Borussiya”nın qapıçısı Qreqori Kobel klubdan ayrılmaq istəyir.
Futbolpress.az xəbər verir ki, qolkiper Dortmund təmsilçisinin əvvəlki gücündə olmadığını düşünür və titullar qazanmaq üçün klubunu dəyişmək niyyətindədir. Bu barədə “Sky Sport” məlumat yayıb.
Kobel klubla müqaviləsini 2028-ci ilin yayına kimi artırıb. Buna baxmayaraq, qolkiper komandada vəziyyət düzəlməszə, mövsümün sonunda təklifləri dəyərləndirəcək.
Mövsümün əvvəlində PSJ 26 yaşlı qapıçı ilə maraqlansa da, transfer baş tutmamışdı.
Qreqori bu mövsüm 13 oyunda 21 qol buraxıb.