Klubunu dəyişə bilər

Antonio Konte bu yay klubunu dəyişə bilər.

Futbolpress.az “Tuttosport” nəşrinə istinadən xəbər verir ki, Fabio Paratiçi “rossonyeri”də idman direktoru vəzifəsinə keçərsə, Konte “Milan”ın rəhbəri ola bilər.

Bu həftənin əvvəlində “Milan”ın baş direktoru Giorgio Furlaninin idman direktoru vəzifəsi üçün Paratici ilə görüşdüyü bildirildi.

Antonio Konte hazırda “Napoli”nin baş məşqçisidir. Komanda İtaliya A Seriyasında lider “İnter”dən 3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.