“Liverpul” fransalı müdafiəçisi İbrahimə Konateyə yeni sözləşmə təklif edib.
Futbolpress.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, “Mersisaydlılar”ın ona yeni müqavilə təklif etdiyini təsdiqləyib:
“Bu doğrudur. “Liverpul” mənə yeni müqavilə təklif etdi. Mən onu imzalamağa yaxınam? Bu fərqli söhbətdir”.
25 yaşlı Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir.